Naxçıvan Dövlət Universitetində 28 May – Respublika Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Universitetinin “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda 183-cü məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə açan, universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq, dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyətindən danışıb. Rektor, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin 96 il öncə məhz Azərbaycanda qurulduğunu diqqətə çatdırıb. Bu gün isə müstəqil, azad və bütün dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilib. Artıq ölkəmizin özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır. Azərbaycanın bütün sahələrdə uğurlu inkişafından söz açan rektor, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü sosial-iqtisadi siyasətin hazırda Prеzidеnt İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam еtdirildiyini bildirib. Məşğələdə “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda məruzə ilə çıxış edən, Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olmuş, bütün sahələrdə islahatlara başlanılmışdır. Məruzəçi, Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada olduğunu faktlarla məşğələ iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliğinin ən vacib məsələlərdən olduğu bildirilib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.