Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU-da “Fizikanın tədrisində interaktiv təlim metodlarından istifadənin imkanları və yolları” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Ümumi və nəzəri fizika” kafedrasının baş müəllimi Seyfəddin Cəfərov və ARETN-in Təbii Ehtiyatlar İnstitutunun Laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin həmmüəllifi olduqları “Fizikanın tədrisində interaktiv təlim metodlarından istifadənin imkanları və yolları” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib. 
Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov təqdimatı keçirilən monoqrafiyada həm nəzəri, həm də praktiki aspektdən müasir didaktik məsələlərin öz əksini tapdığını vurğulayıb. 
Daha sonra Fizika-riyaziyyat fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Ruhiyyə Cəfərova, “Ümumi və nəzəri fizika kafedrası”nın müdiri, fizika üzrə fəlsəfə doktoru Billurə Hacıyeva, “Ümumi və nəzəri fizika kafedrası”nın dosenti, fizika üzrə fəlsəfə doktoru Nailə Qardaşbəyova, “Nanotexnologiyalar və nanofizika” ixtisası üzrə II kurs magistrant Səma Babayeva çıxışlarında monoqrafiyanın fizikanın tədrisi metodikası və pedaqogika sahəsindəki əhəmiyyətindən bəhs ediblər. 
Sonda çıxış edən müəlliflər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)