Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

İstifadə qaydaları

Ana səhifə İstifadə qaydaları

KİTABXANADAN İSTİFADƏ QAYDALARI

  1. Kitabxanaya yazılarkən oxucular aşağıdakı sənədləri təqdim etməlidirlər:
    • Şəxsiyyəti təsdiq edən sənəd
    • Tələbə bileti
  2. Oxuculara xidmət:
    • Fərdi abonementdən NDU-nun bütün işçiləri istifadə edə bilər. Buradan eyni vaxtda:
      • Akademik və müxbir üzvlərə - 10 nüsxə
      • Elmi işçilərə - 5 nüsxə
      • Tələbələrə - 3 nüsxədən artıq ədəbiyyat verilmir
    • Digər ali məktəblərin tələbə və müəllimləri kitabxananın yalnız oxu zalından və elektron oxu zalından istifadə edə bilərlər.
    • Fərdi abonementlə verilmir:
      • məlumat xarakterli nəşrlər (lüğət,ensiklopediya və s.)
      • nadir kitablar, qiymətli nəşrlər
      • avtoreferat və dissertasiyalar
      • dövri mətbuat
  3. Oxu zallarının və elektron oxu zalının xidmətindən bütün oxucular istifadə edə bilərlər.
  4. Yüksək elmi dərəcəli oxuculara lazım olan ədəbiyyat NDU-nun Elmi Kitabxanasında olmazsa, respublikanın başqa kitabxanalarından KAA (Kitabxanalararası abonement) vasitəsilə sifariş edilə bilər.
  5. Kitabxanaya borcu olan və oxucu biletini təqdim etməyən oxuculara xidmət göstərilmir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)