Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Haqqımızda

Ana səhifə Haqqımızda

Ümumİ məlumat

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası universitetin oxucuların elmi araşdırma aparması və informasiya əldə etməsi üçün geniş imkanlara malik olan bir strukturudur. Kitabxanada kitab, jurnal və digər informasiya mənbələrinə giriş və istifadənin təşkili həm ənənəvi, həm də elektron formada həyata keçirilir. Kitabxanada sorğusu həyata keçirilən müvafiq informasiya mənbələrinin axtarışı, dərslik, dərs vəsaiti və digər materiallardan, həmçinin elmi-tədqiqat və araşdırma zamanı geniş çap və elektron materiallardan istifadə təmin edilir, eləcə də onlayn sorğular cavablandırılır. Kitabxananın fondunda 180 minə yaxın kitab, monoqrafiya, dərslik, soraq-biblioqrafiya materialları, dövri nəşrlər, dissertasiyalar və digər çap materialları, eyni zamanda alimlərin şəxsi kitabxanalarından kitabxanaya hədiyyə etdikləri qiymətli kitab kolleksiyaları mövcuddur.

Kitabxana zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan əsas binadan, Tibb, K/T və təbiətşünaslıq, İqtisadiyyat və İdarəetmə, Pedaqoji, Xarici dillər fakültələrində və universitet yataqxanasında mövcud olan bölmə kitabxanalarından ibarətdir. Elmi Kitabxananın depozitar fondunun bir hissəsi kitabxanada, digər hissəsi isə universitetin əsas binasında yerləşir. Fakültələrdə və yataqxanada olan kitabxanalarda oxucuların istifadəsi üçün oxucu yerləri da mövcuddur. Kitabxanada oxucu yerləri, informasiya məntəqəsi (ədəbiyyatın verilməsi və qəbulu sahəsi), kataloqlarda iş yeri, açıq istifadə fondları, qapalı saxlanma fondları mövcuddur. Qapalı fonda Mətbuat fondu və Depozitar fondlar daxildir. Kitabxana fondunda 3 açıq, 2 qapalı fond mövcuddur. Qapalı fondlarda temperaturu tənzimləyən, rütubəti aradan qaldıran avadanlıq quraşdırılıb. Bütün fondlar əlifba və sistemli kataloqa uyğun olaraq komplektləşdirilib. Elmi Kitabxananın ümumi sahəsi 2265 kv.m (faydalı sahə 1840 kv.m) təşkil edir ki, onun da hər təhsil alana (təhsil alan sayı – nəfər) düşən sahəsi 1.2 kv.m-dir. Kitabxanada virtual və əyani sərgi sahələri mövcuddur ki, müvafiq zonalarda yeni nəşrlər və əlamətdar günlərlə bağlı informasiya istifadəçilərin nəzərinə çatdırılır. Kitabxanada mütəmadi olaraq kitab təqdimatları, diskussiyalar, dəyirmi masalar, ədəbi-bədii gecələr, tanınmış elm və incəsənət xadimləri ilə görüşlər və müxtəlif məzmunlu tədbirlər keçirilir.

Universitetin nəzdində olan məktəb və kolleclərin tələbələri də Elmi Kitabxananın xidmətlərindən istifadə edirlər. Kitabxana fondunu zənginləşdirmək məqsədilə fondda kitablar, qəzetlər, jurnallar, avtoreferatlar, doktorluq və namizədlik, magistr dissertasiyalarının, ensiklopediyalar, biblioqrafik vəsaitlərin həm ənənəvi, həm də elektron formaları saxlanılır. Fonda, eyni zamanda CD-lər, DVD-lər, audio fayllar da daxildir. NDU Elmi Kitabxanasında elektronlaşma prosesi NDU-Lib- Kitabxana Avtomatlaşdırma sistemi vasitəsilə həyata keçirilir. Sistem vasitəsilə elektron kataloq, elektron kitablar hazırlanır. NDU-Lib- Kitabxana Avtomatlaşdırma sistemi, eyni zamanda kitabxananın mətbuat fondunda da istifadə olunur. Burada sistem dövri nəşrlər, avtoreferat və dissertasiyaların elektronlaşması üçün istifadə olunur. NDU Elmi Kitabxanasının rəsmi internet səhifəsi lib.ndu.edu.az saytı vasitəsilə kitabxana haqqında geniş məlumat əldə etməklə yanaşı, kitabxananın elektron resurslarına da çıxış əldə etmək mümkündür. Kitabxanada elektron kataloqun yaradılmasına baxmayaraq, kataloqlar ənənəvi qaydada da mövcuddur.  9000-ə yaxın elektron kitab hazırlanmışdır. Tədrisin keyfiyyətinin artırılması məqsədilə mövcud kitab sifarişi siyahısı kafedralarlarla tam razılaşdırılmış formada həyata keçirilir. Kitabxanada üç əsas beynəlxalq bazaya  - EBSCO, Clarivate, Taylor & Francis  bazalarına çıxış əldə edilmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)