Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.

NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib. Direktor NDU Elmi Kitabxanası ilə AMEA Mərkəzi Elmi Kitabxanası arasında qurulan yüksəksəviyyəli tərəfdaşlıq haqqında bəhs edərək, AMEA ilə Naxçıvan Dövlət Universiteti arasında imzalanan memorandumun bir hissəsinin məhz kitabxanalararası əməkdaşlığa həsr olunduğunu qeyd edib. Xumar Məmmədova NDU-nun akademik heyəti və tələbələri üçün MEK-in resurslarından istifadə imkanlarının yaradılmasına görə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, kitabxananın digər əməkdaşları da konfransda onlayn şəkildə iştirak edərək, kitabxana ilə bağlı müxtəlif aktual mövzularda çıxış ediblər.

Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)