“Kitabxana 5.0 - İnsan Mərkəzli Rəqəmsal Transformasiya” adlı konfrans çərçivəsində müxtəlif şirkətlər informasiya texnologiyaları, açıq giriş, məlumat analitikası, rəqəmsal məzmun idarəetməsi, tədqiqat qiymətləndirmə sistemləri və süni intellekt tətbiqləri sahəsindəki mövcud inkişafları nümayiş etdirmək üçün texniki sessiyalar təşkil ediblər. Konfransda, eyni zamanda tədqiqatçıların və kitabxanaçıların iştirakı ilə poster zonasında rəqəmsal transformasiya, süni intellekt tətbiqləri və açıq elm siyasətləri mövzusunda posterlər də nümayiş etdirilib.
Qeyd edək ki, akademik informasiya dünyasının ən əhatəli beynəlxalq toplantısı hesab olunan konfransda 30 müxtəlif ölkədən 250 qurum, 100-ə yaxın şirkət və 700 iştirakçı təmsil olunub.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.