Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Xəzər Hüseynovun yeni kitabının təqdimat mərasimi keçirilib

ocağında tarixçi kadrların hazırlanmasında Tarix kafedralarının xüsusi yeri olduğuna diqqəti çəkərək bu sahədə yeni araşdırmaların aparılmasının vacibliyini vurğulayıb . Naxçıvan hər zaman kitaba və elmə xüsusi qayğının ünvanı olub. Qədim diyarın tarixi elmə və ədəbiyyata önəmli töhfələr verən şəxsiyyətlərlə, elm adamları və ədiblərlə zəngindir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı gənclərin muxtar respublikada gedən inkişaf prosesləri ilə daha yaxından tanış olmaları üçün önəmli mənbədir. Belə ki, bu monoqrafiya muxtar respublikanın 1946-1969-cu illər ərzində sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən fundamental tədqiqat əsəridir. “Azərbaycan tarixi” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov, “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova, “İqtisadiyyat” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov müəllifin gərgin əməyi sayəsində ərsəyə gələn kitabda ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra muxtar respublikada sosial-iqtisadi və mədəni tədbirlərin həyata keçirilməsindən, quruculuq işlərindən, təhsil sahəsindəki mühüm irəliləyişlərdən bəhs edildiyini vurğulayıb. Qeyd edib ki, kitab aktuallığı, tarixi faktlarla zənginliyi, xüsusilə arxiv materialları ilə seçilən bir tədqiqat əsəridir. Kitab giriş, 3 fəsil, 15 yarımfəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Diqqətə çatdırılıb ki, monoqrafiyanın mühüm hissəsi İkinci Dünya müharibəsindən sonrakı dövrdə muxtar respublikada xalq təsərrüfatının inkişafı məsələləri, bəhs edilən dövrdə sosial-iqtisadi və mədəni inkişafda əldə edilən uğurlar, ayrı-ayrı dövrlərdə məruz qaldığı çətinliklər və başqa bu kimi məsələlər araşdırılıb. Çıxış edənlər müəllifi təbrik edib ona tarix sahəsində yeni araşdırmalar və yaradıcılıq uğurları arzu ediblər. Sonda müəllif kitabın ərsəyə gəlməsində göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)