Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasında “Zəfər yolu – Milli qürur tariximizdir!” adlı seminar keçirilib

Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova Azərbaycanın parlaq qələbəsi ilə nəticələnən haqq-ədalət savaşından söz açıb. Qeyd olunub ki, xalqımız müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü və  mübarizliyini nümayiş etdirib. Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 5-ci ildönümü münasibətilə ali təhsil ocağında silsilə tədbirlər keçirilir, milli ideologiyanın, vətənpərvərlik keyfiyyətlərinin aşılanması diqqətdə saxlanılır.

Daha sonra çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müəllimi Nazlı Yaqubova 2020-ci il 27 sentyabr tarixində əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı tarixi nailiyyətlərdən bəhs edib. Qeyd edilib ki, bu il ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının 5-ci, müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun isə 30-cu ildönümü qeyd olunur. Gənc nəslin dövlətə sadiq, milli ideologiyaya bağlı, vətənpərvər olaraq yetişməsində  belə görüşlərin təşkili olduqca önəmlidir və gələcəyimiz olan gənclərə bu dəyərlərin aşılanması mütləqdir.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)