Universitetin Elmi kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova yazıçının yaradıcılıq yolu, elmi fəaliyyəti barədə məlumat verib, həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı kitablarını görüş iştirakçılarına təqdim edib.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov azərbaycançılıq ideologiyasının mahiyyətindən danışaraq bildirib ki, bu məfkurə təkcə milli-mənəvi dəyərlərin qorunması deyil, eyni zamanda milli kimliyə və dövlətə bağlılığın fəxrlə ifadəsidir. Yazıçı-alimin kitabları isə dövlətçilik ideologiyasını hərtərəfli, zəngin və əsaslı təqdim edən etibarlı mənbələrdir.
Naxçıvan MR Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Alim, yazıçı Sadiq Qarayevin əsərlərində milli dövlətçiliyin elmi, bədii təsviri” mövzusunda, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli “Azərbaycançılıq məfkurəsi və qələbənin vəhdəti elmi idrakın və bədii təfəkkürün işığında” mövzusunda çıxış ediblər.
Eləcə də “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyevanın “Sadiq Qarayevin yaradıcılığında Qarabağ Azadlığı: Tarixi Zəfərin izi ilə”, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İlham Həsənovun “Azərbaycançılıq məfkurəsinin tarixi zəfər romanları”, “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elburus Vəliyevin “Yazıçının dilində mental dəyərlərin təzahürü və üslub norması məsələləri” mövzusunda çıxışları dinlənilib.
Natiqlər bildiriblər ki, Sadiq Qarayevin əsərlərində azərbaycançılıq, dövlətçilik, milli qürur və zəfər ruhun bədii, elmi aspektlərdən təqdim olunub. Bu əsərlərə nəinki ədəbiyyatçılar, eyni zamanda tarixçilər, filosoflar, dilçi alimlər müraciət edib, araşdırma və yeni tədqiqat işləri hazırlaya bilərlər.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.