Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “13 noyabr- Beynəlxalq gözdən əlillər günü”nə həsr olunmuş reabilitasiya mərkəzi ilə birgə hazırlanmış gözdən əlillər üçün oxunulan səsli kitabların təqdimat mərasimi keçirilib.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “13 noyabr- Beynəlxalq gözdən əlillər günü”nə həsr olunmuş reabilitasiya mərkəzi ilə birgə hazırlanmış gözdən əlillər üçün oxunulan səsli kitabların təqdimat mərasimi keçirilib.Tədbiri giriş sözü ilə Elmi Kitabxananın direktoru Fariz Əhmədov açaraq bildirib ki, əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğunu onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.Fariz Əhmədov 2016-cı ildən bəri mərkəzlə qurulan əlaqələrdən danışıb. Bildirilib ki, bu günə qədər kitabxanada 20-dən artıq kitab səsli oxunaraq mərkəzdə görmə qabiliyyəti məhdud şəxslərə təqdim edilib. Vurğulanıb ki, tələbələrin könüllü fəaliyyəti nəticəsində oxunulan kitabların sayı daha da artacaq. Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Minurə Musayeva mərkəzdə görmə qabiliyyəti məhdud şəxslər üçün yaradılan şəraitdən onlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edilib ki, mərkəzdə 2013-cü il aprel ayının 3 –də görmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audio kitabxana xidməti istifadəyə verilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq yaradılan bu xidmətdən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər burada qeydiyyatdan keçərək yaşadıqları ünvandan ev telefonu vasitəsilə əlaqə saxlamaqla mərkəzin kitabxanasında olan audio kitabları dinləyə bilərlər. Vurğulanıb ki, eyni anda 30 nəfərin istifadə etdiyi mərkəzdə şəxslərə 24 saat ərzində fasiləsiz xidmət göstərilir. Həmçinin diqqətə çatdırılıb ki, universitetin Media Mərkəzi ilə birgə fəaliyyətin nəticəsində “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan 6 əsər oxunub montaj edilərək mərkəzin audio kitab fonduna təhvil verilib. Mərkəzin görmə qabiliyyəti məhdud şəxslərinin kompüter üzrə mütəxəssisi Elməddin Kərimov görmə qabiliyyəti məhdud şəxslərin dünyada və Azərbaycanda yeri və rolundan danışıb. Tədbir müzakirələr şəklində davam edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)