Universitet Elmi Kitabxanasının direktor müavini Aysu Rəsulzadə çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyev 2025-ci il aprelin 4-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 iliyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək ölkədə şairin silsilə yubiley tədbirləri keçirilir və bu çərçivədə NDU Elmi Kitabxanasında da böyük maarifçi kimi milli fikir tarixində silinməz iz buraxan Seyid Əzim Şirvani yaradıcılığı diqqətdə saxlanılır.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva, dosent Aypara Behbudova və dosent Nüşabə Məmmədova çıxış edərək, XIX əsrin tanınmış maarifçisi Seyid Əzim Şirvaninin öz dövrünün ictimai və ədəbi fikrinə böyük təsirini, şairin didaktik və satirik əsərlərinin milli ədəbiyyatda xüsusi yer tutduğunu vurğulayıblar. Natiqlər qeyd ediblər ki, Seyid Əzim Şamaxıda açdığı məktəbdə dünyəvi və dini elmləri bir arada tədris edərək, maarifçiliyin inkişafına mühüm töhfələr verib.
Tədbirin sonunda tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.