Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Kimya zehin xəritələri ilə” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kimya” kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Yasin Babayev və Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Ümumi kimya və kimyanın tədrisi texnologiyası ” kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Nigar Babayevanın həmmüəllifi olduğu “Kimya zehin xəritələri ilə” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev nəşr olunan dərs vəsaitinin müsair tədris metodlarına uyğun tərtib edildiyini diqqətə çəkib. Bildirilib ki, yeni təhsil proqramı- kurikulum üzrə abituriyentlər üçün ölkədə ilk dəfə zehin xəritələri ilə hazırlanan dərs vəsaitinin yeni yanaşma, innovativ metodlarla, yeni təhsil proqramına qoyulan tələblər əsasında işlənməsi ağır dərs yükü olan kimya fənnini daha asan şəkildə öyrənməyi təmin edəcək. Naxçıvan Müəllimlər İnstitunun “Ümumi fənlər” kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Pedoqogika üzrə fəlsəfə doktoru, dosent Qızıllı Əliyeva məruzəsində qeyd edib ki, zehin xəritələri ilə hazırlanan dərslik insan fəaliyyətinin bütün sahələrində mühüm rol oynayan kimya fənninin şagirdlərə müsair təlim metodlarından istifadə etmək, sərbəst işləməyə, kreativ düşüncəni artırmağa kömək etmək, fənni daha rahat şəkildə qavramaq məqsədilə tərtib edilib. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov bildirib ki, üzvi kimyanın əsas anlayışlarının, qaydalarnının, reaksiyalarının və bütün önəmli məqamlarının zehin xəritələri ilə izah edilməsi ümumtəhsil məktəblərin kimya müəllimləri və bu fənn üzrə hazırlaşan abituriyentlər üçün əhəmiyyətli dərslikdir. “Kimya” kafedrasının müdiri Sevinc Kərimova qeyd edib ki, kitabdakı xəritələrdə rənglərin sistemləşdirilməsi, simvollların yerləşdirilməsi, kimya fənninin tədrisində, öyrənilməsində və mənimsənilməsində qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmağa kömək edəcəkdir. Qeyd olunub ki, passiv əzbər tələb etməyən, beynin məntiqi və vizual yaddaşını fəaliyyətə gətirən və möhkəmləndirən bu metod şagird və müəllimlər üçün ən effektli bilgi toplusudur. “Kimyanın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə I kurs magistrant Məhəbbət Qarayeva kitabdakı “Məhlullar”, “Kimya” müəllimliyi ixtisası III kurs tələbəsi Bağdagül Cəfərli “Saf maddələr və qarışıqları”, “Kimya ” ixtisası üzrə I kurs tələbəsi Xanım Hüseynova “Oksidlərin alınması və kimyəvi xassələri”, “Kimya” müəllimliyi I kurs tələbəsi Qumral Abbasova “Kimyəvi elementlərin dövri sistemi” bölmələrini zehin xəritələr vasitəsilə izah ediblər. Sonra kitabın həmmüəllifləri kitab haqda səsləndirilən dəyərli fikirlərə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)