Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Lev Tolstoy "Sergi Ata"

27.08.2020 ci il tarixdə “Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirədə Lev Nikoloyaviç Tolstoyun "Sergi Ata" əsəri və bununla yanaşı “Axırıncı aşırım" filminin müzakirsi baş tutdu. Giriş sözü ilə çıxış edən Kitabxana direktoru, Fariz Əhmədov vurğulamışdır ki, XIX əsr rus yazıçısı insanlığın bir çox məsələlərinə toxunan Tolstoy dünya miqyasında sənət və fikir sahibi olan filosof kimi böyük dəyərə malik olmaqla yanaşı, realist ədəbiyyatın təmsilçisi olduğu qədər, bir maarifçi kimi də şöhrət qazanmışdır. Lev Tolstoyun “Sergi ata” povesti ikiləşmiş insan şəxsiyyəti, öz həyatını yaşamayan insanın faciəsi haqqında olan bir əsərdir. Sergi ata olmaq Stepan Kasatskiyə lazım idimi? İnsan öz arzularını buraxıb “Başqaları nə deyər?” stereotipinin arxasınca gedib, sevgidən üz çevirib şəhvət və şübhədən qopa bilmirsə, nə baş verər? Tolstoyun buna cavabı “Sergi ata” povestidir. Tələbələrdən Elmar İsgəndərov Lev Tolstoyun “ Sergi Ata" Əsərinin qəhrəmanı Kasatski haqqında öz fikirlərini belə ifadə etmişdir: Kasatski düşüncə və davranışına görə onu əhatə edən cəmiyyətdə, insanlar arasında nümunəvi adam sayılırdı. Kasatskinin məqsədi hamıdan tərif eşitmək, özünün yaxşı, əxlaqlı, fərqli olduğunu hamıya sübut etməkdi. Aytəkin Abbaslı isə vurğulamışdır ki, qəhrəman bütün nəfs (cinsi, əqli, maddi), sınaqlarından məğlub çıxır, amma sonda qalib görünür. Bu paradoksa oxucunu çaşdırır. Çünki Sergi ata sonda həqiqəti dərk edir və bu dərketmə onu qalibə çevirir. Sonda, Elmi kitabxananın baş kitabxanaçısı yusifli Aynişan “Axırıncı aşırım" kino əsərindəki dramatik hadisələrin Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verməsindən və bu filmdə aktyor Adil İsgəndərovla Həsən Məmmədova “ən yaxşı kişi obrazı və rolu”na görə mükafatın verildiyini vurğulayaraq müzakirəyə yekun vurulmuşdur. Xəbəri hazırladı: baş kitabxanaçı Ləman Hüseynova

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)