Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Anton Çexovun həyatı və ‘’Doxsanıncı illərdə’’(Mənim həyatım)

Kitablardan pıçıltıların növbəti müzakirəsi 16.08.2020 -ci il tarixində baş tutdu. Müzakirənin başlıca mövzusu şən adamlar üçün hekayə yazan rus ədəbiyyatının tanınmış yazarı Anton Çexovun həyatı və ‘’Doxsanıncı illərdə’’(Mənim həyatım) adlı hekayəsi oldu. İlk öncə, tələbələrdən Aytəkin Abbaslı Çexovun həyat və yaradıcılığı, həmin dövrdə hadisələrin Çexovun həyatındakı rolundan bəhs etdi. Kitabxana direktoru Fariz Əhmədov bu hekayədə ata-oğul konflikti fonunda o dövr cəmiyyətində baş verən təbəqələşmə və onun yaratdığı problemlərdən bəhs edildiyini izah etdi və insanın tərəqqi üçün fiziki əməkdən imtina edib maarifçiliklə mi məşğul olmalıdır? yoxsa əxlaq qanunlarını, başqasına yük olmamağı əsas sayaraq həyatını fiziki əmək əsasında mı qurmalıdır? sualları ətrafında müəllifin bizi böyük bir çıxılmaza saldığını söylədi. Elmar İsgəndərov bu hekayəni müqayisələndirərək, digər əsərlərlə qarşılaşdırıb, öz fikirlərini bildirdi. Ümumilikdə, belə bir nəticə çıxarılır ki, həqiqətən, də rus ədəbiyyatını Çexovsuz təsəvvür etmək olmazdı, çünki o dövrü, o yaşayışı və problemləri ətraflı şəkildə incəliklərini qələmə alan yazarlardan biri idi. Müzakirənin iştirakçılarından biri isə Ordubad rayon MKS-nin direktoru Sevinc Quliyeva oldu. Həyata keçirilən bu layihəni bəyəndiyini, bundan sonrakı müzakirələrdə aktiv iştirakçı kimi fəaliyyət göstərəcəyini və bütün kitabsevər oxucuları bu layihədən yararlanmağa dəvət etdi. Ən sonda isə bu müzakirənin bu dəfəki filmi olan ‘’Xoca’’ filmi haqqında danışıldı. Kübra Əliyeva bu filmin real faktlara əsaslandığını, hadisələrin Bakıda və Xocalıda baş verdiyini dedi. Elazər Yəhyalı; bu filmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün baş sındıranlara, çalışanlara bu yaxşı bir mesaj olduğunu bildirib.Xəbəri hazırladı:Kitabxana direktoru Fariz Əhmədov

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)