Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Kitablardan pıçıltılar" adlı növbəti onlayn müzakirə

Mayın 21 də "Kitablardan pıçıltılar" onlayn müzakirəsi bu dəfədə unudulmaz mövzularla yaddaşlarda dərin iz buraxmışdır. Budəfəki tədbirdə “İngilis casusu Mister Hemferin xatirələri” kitabı və Azərbaycanın məşhur filmlərindən “Yeddi oğul istərəm” müzakirə olunmuşdur. Tədbiri giriş sözü ilə açan kitabxana direktoru Fariz Əhmədov qeyd etmişdir ki, “Mister Hemferin xatirələri” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamla təsdiq etdiyi “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilmişdir. Vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə göndərilmiş Mister Hemferin öz e`tiraflarından mə`lum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir əxlaqsız və insanlığa zidd işlərdən çəkinməmişdir. Mister Hemferin xristian və yəhudi dünyasına göstərdiyi “misilsiz xidmətlər” arasında təkcə onun İslam dünyasının kürəyindən sancılan bir xəncər, yə`ni Vəhhabi məzhəbini tə`sis etməsini misal göstərmək kifayət edər. Tələbələrdən Nuray Quliyeva, Mr Hemferin Müsəlman cəmiyyətində mövcud olan müsbət və mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə çatdırması, Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün münasib məkan, zaman və şəraitlərin öyrənilməsi; Nərmin Maxsudova, Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların tə`lim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi hazırlayaraq, onları yüksək dövlət kürsülərində əyləşdirmək; Səmra Cəfərli, Mə`nəvi cəhətdən zəif olan müsəlman dövlət mə`murları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək; Kübra Əliyeva, Vətənpərvər insanları, elm və din xadimlərini gözdən salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında onlara qarşı kütləvi e`tiraz yaratmaq; Bahar Şahbazova isə, dini ayinlərin həqiqi mahiyyətini dəyişmək, müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz etmiş şəxslərin vasitəsilə xurafat və mövhumata dini rəng verməklə xalq arasında yaymaq haqqında bir çox maraqlı faktlara toxunaraq əsər haqqında öz təəssüratlarını bölüşmüşlər. Tədbirdə, eyni zamanda, Azərbaycan kino tarixində xüsusi yeri olan “Yeddi oğul istərəm” filmi müzakirə olunmuşdur. Film inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar - 20-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş filmin rejissoru Tofiq Tağızadədir. Filmin ssenari müəllifi Yusif Səmədoğludur. Həsən Məmmədov, Ənvər Həsənov, Elçin Məmmədov, Əbdül Mahmudov, Şahmar Ələkbərov, Rafiq Əzimov, Ələsgər İbrahimov, Həsənağa Turabov, İsmayıl Osmanlı kimi tanınmış aktyorların rol aldığı film maraqlı sitatları: "Həyat nə qədər insanları əlimizdən alıb"; "Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı"; "Sirrini verməyir sirdaşa dünya" ilə yadda qalır. Ənənəvi olaraq keçirilən budəfəki tədbir də maraqlı müzakirələrlə yadda qaldı. Xəbəri hazırladı: Elmi kitabxananın baş kitabxanaçısı Çinarə İsmayılova

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)