Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Kitablardan pıçıltılar" adlı növbəti onlayn müzakirə

07.05.2020 tarixində “Kitablardan pıçıltılar” adlı online müzakirədə bu dəfə Erix Mariya Remarkın yazdığı ‘’Qərb cəbhəsində yenilik yoxdur’’adlı tarixi əsəri haqqında danışıldı. Əsərdə, birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. Remarkın da dediyi kimi: “Müharibə bizim üçün ölümə səbəb olan xərçəng, vərəm, qrip və dizenteriya xəstəliyi kimidir.”. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib. Müzakirədə kitabın nə aşıladığından, nə qədər təsirli olmasından danışan kitabxana direktoru Fariz Əhmədovun çıxışı ilə başlandı. Daha sonra kitabdakı ən təsirli məqamlara toxunub, əslində, gördüyümüz müharibənin yalnız müharibə olmadığını, müharibə arxasında gizlənən nə qədər incə məqamların olduğunu, insanların həmin vəziyyətdəki müharibəyə, dövlətlərə qarşı olan düşüncələrindən danışdı. Tarixçi tələbə Kübra Əliyeva müharibəyə qarşı yöndən fikirlərini bildirərək, kitabı düşüncələri ilə müqayisə etdi. Gələcəyin həkimi olan, Nuray Quliyeva həmin zamandakı insanların döyüş meydanında yaralananların necə sağalmasından, tibbin müharibə şəraitindəki durumundan söz açdı. Həmçinin tələbə Bahar Şahbazova, Nərmin Maxsudova, Aytəkin Abbaslı, Səmra Cəfərli, Bəyim Səfərli, Zübeydə Zeynalova, Ruslan Rüstəmzadə kitabdakı qəhrəmanın nələrə şahid olduqlarını,əslində dövlətlərin savaşında, müharibəsində qələbə olmadığını sadəcə insanların acımasızca, günahkarca qətlindən və kitabın ən təsirli parçalarından danışdılar. Bu kitabla əlaqəli, müharibə, mübarizə ruhlu olan ‘’Fəryad’’filmi də baxılmaq üçün təsadüfi seçilməmişdir ki, kitabsevərlərin oxuduqları kitabdakı müsibətləri müharibənin hər bir xalqa müxtəlif yollarla eyni zərbə vurulmasını, öz xalqımızın başına gələnləri əks etdirir. Aza kənd tam orta məktəbinin Praktik Psixoloq vəzifəsində çalışan Əli Məmmədov filmin kitab ilə oxşar cəhəti baş obrazların prototipləri olduğunu, burada təsvir olunan hadisələrin real faktlara əsaslandığını göstərdiyini vurğulamışdır. Sonda kitabxana direktoru bildirmişdir ki, müharibənin dövlətlətdən, insanlardan aslı olmayaraq müharibə olduğunu, insanlar ölərkən müharibənin heç bir şey dəyişmədiyini və heç bir şəkildə insan ölümünə dəymədiyini göstərmişdir. Xəbəri hazırladı. Elmi Kitabaxananın direktroru Fariz Əhmədov.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)