Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Kitablardan pıçıltılar” adlı növbəti onlayn müzakirə

Mayın 3-də NDU Elmi Kitabxanasının “Kitablardan pıçıltılar” adlı onlayn kitab müzakirəsi keçirilmişdir. Kitabxana direktoru və əməkdaşının iştirakı ilə keçirilən növbəti müzakirədə də universitet tələbələri fəallıqları ilə diqqət icəlb edirdi. Budəfəki tədbirdə Azərbaycanın tanınmış şairi Nüsrət Kəsəmənlinin həyat və yaradıcılığı müzakirə olunmuşdur. Tələbələrdən Nərmin Maxsudova, Aminə Hüseynova, Bəyim Məhərrəmli şairin həyatı və yaradıcılığından bəhs etmişdir. Çıxışlardan aydın olduğu kimi, Nüsrət Kəsəmənli 1945-ci ildə Ağstafa rayonun da doğulmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir. Nüsrət Kəsəmənli 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. Müəllifin 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində" sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərinin ssenari müəllifıdir. Nüsrət Kəsəmənli sevgi şairi kimi tanınsa da, onun Vətən, doğma yurd nisgili haqqında şeirləridə oxucular tərəfindən sevilir. Beləki, müəllifin “Azərbaycan torpağı”, “İsa bulağı”, “Yaddan çıxmaz Qarabağ…” və bu kimi digər şeirlərində onun Vətən nisgilini açıq-aydın hiss etmək mümkündür. Tədbirdə iştirakçılar Nüsrət Kəsəmənlinin sevilən, məşhur şeirlərini qiraət etmişlər. Beləki, NDU Elmi Kitabxanasının direktoru Fariz Əhmədov şairin“ Çiynimdə bir telin gəlib mənimlə”, kitabxana əməkdaşı Çinarə İsmayılova “Allahım, ayırma bizi…”, NDU-nun müəlliməsi, şairə Sədaqət Nemət “Getmək istəyirsən bəhanəsiz get”, Ordubad şəhər Aza kənd orta məktəbində praktik psixoloq vəzifəsində çalışan Əli Məmmədov “Mən olmadım ki”, Könül Seyidova “Bu da sonuncu gün, sonuncu vida”, Xanım Heydərova “Mən olmayacam”, Nərmin Maxsudova “Daha nağıllara inanmıram mən”, Gülay Mustafayeva “Səni unutsam”, Çiçək İskəndərova “İçində”, Bəyim Məhərrəmli “Mən səni unuda bilmirəm axı”, Elazər Yəhyalı “İsti yağışlar yağır”, “İnam” şeirlərini səsləndirmişlər. Daha sonra Azərbaycan filmləri sırasında özünəməxsus rola malik olan “Ögey ana” filminin müzakirəsi başlamışdır. Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən bəhsolunur. Ögey ananın oğluna qarşı hiss etdiyi doğmalıq, oğulun sonda anasına məhəbbət dolu hissləri hər bir tamaşaçıda kövrək hisslər oyadır. 1958-ci ildə çəkilən filmin rejissoru Həbib İsmayılovdur. Filmdə Nəcibə Məlikova, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov kimi tanınmış aktyorlar rol almışdır. Qeyd edək ki, filmdə uşaq rolunun aktyoru olan Ceyhun Mirzəyev İsmayıl obrazında çıxış edib. “Ögeyana” filmini izləyən tələbələr film haqqında təəssüratlarını bölüşmüş, yaddaqalan epizodları xatırlamışlar. Xəbəri hazırladı: Elmi Kitabxananın Baş kitabxanaçısı Çinarə İsmayılova

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)