Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

"Kitablardan pıçıltıılar" adlı növbəti onlayn müzakirə

Aprelin 23-də keçirilən növbəti “kitablardan pıçıltılar” online kitab müzakirəsi önəmli bir günə, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” nə təsadüf etmişdir. Müzakirəyə başlamazdan əvvəl Kitabxana direktoru bu günün mühüm tarixi əhəmiyyətindən danışmış, YUNESKONUN Parisdə 15 noyabr 1995-ci ildə keçirilən 28-ci sesiyasında qəbul olunduğunu söyləmişdir. Bu günün qeyd olunmasının və xatırlanmasının əsas səbəbi kimi, mədəni ənənələrin inkişafı və dərk edilməsi, biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarı üsul olması, həmçinin müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd edilmişdir.Azərbaycanda isə bu tarixi gün 1997-ci ildən qeyd olunur.Qeyd olunmuşdur ki, 23 aprel tarixinin dünya ədəbiyyatı üçün simvolik olmasını kitabsevərlər daha yaxşı bilir. Ona görə simvolik hesab olunur ki, həmin gün söz sənəti dahilərindən Şekspir, İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Moris Droqon, X.Laksness, Vladimir Nabokov, Maniel Mexia Valeho kimi korifeylər isə aprelin 23-də dünyaya göz açıblar. Həmçinin bu tarixi gündə 23 aprel 1968-ci ildə məhz NDU Elmi Kitabxanası rəsmi fəaliyyətə başlayıb. Öncül ziyalılarımızdan olan Əli Əliyev, Şövqi Ağayev, Kərim Həsənov, Yavuz Axundov, Abbas Mehdiyev və başqa ziyalılarımız köməkliyi ilə kitabxana 370 kitabla fəaliyyətə başlamışdır. Bizə miras qoyub getdikləri kitabxana artıq MDB məkanında ən böyük və müasir kitabxana statusuna malikdir. 290 kvadrat metrlik 500 min kitab tutma ixtiyarında olan Elmi Kitabxana bugün öz işini dövrün tələbləri səviyyəsində quraraq öz oxucularına əlçatan üsullarla xidmət göstərir. Daha sonra “Xatirələr” in müəllifi olan Fərəh Pəhləvinin xatirələri müzakirə olunaraq, Azərbaycan tarixi filmlərindən olan “Babək” filmindən söz açılmışdır.Tələbələrdən Kübra Əliyeva, Bahar Şahbazova, Zübeydə Zeynalova, Aytəkin Abbaslı, Pərvin Məmmədov. Məcid Hacıyev, Bəyim Məhərrəmli, Gülay Mustafayeva və Bəyim Səfərli film haqqında öz fikir və mülahizələrini bildirmişlər. Tələbələrdən Kübra Əliyeva filmdə də göstərildiyi kimi , tarixin bizi haralara sürüklədiyindən, hansı hadisələrlə qarşı-qarşıya qoymasından, Azərbaycan xalqının qədimlərdən indiyə qədər işğalçılarla mübarizəsindən, nə qədər əzmkar ruhlu olduğundan, Bahar Şahbazova Babəkin azadlıq yanğısından, insan sevgisinə, lakonik dialoq və monoloqların cəmində, Babəkin ideyasını və həyat amalını göstərmişdir. Eyni zamanda tələbə Zibeydə Əlizadə Babək obrazının ssenariyə uyğun olaraq, yalnız tarixi qəhrəman kimi bütləşdirməyərək, onu, ruhu və əzmi qırılmış insanların yanında olan, onların halına yanan, dərdinə şərik çıxan, cəmiyyətin bir üzvü kimi xilas yolu axtaran, xalqın qəhrəman oğlu kimi xarakterizə edib. Həmçinin Zübeydə Zeynalova və Aytəkin Abbaslı da film haqqında öz fikirlərini bildirmişlər. Sonda Kitabxana direktoru Filmin və kitabın tarixi əlaqəsindən danışmış, tarixin, xalqların və insanların həyatına nələr gətirəcəyi oxşar və fərqli şəkildə müqayisə edilərək müzakirəyə yekun vurulmuşdur. Xəbəri hazırladı: Elmi Kitabxananın direktoru: Fariz Əhmədov

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)