Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr edilmiş “QİÇS: yayılması və profilaktikası” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə tədris şöbəsinin müdiri Şahin Əliyev açaraq xəstəlik, onun yaranması haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, bu xəstəlik daha çox zərərli vərdişlərin təsirindən yaranır. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. Tibbi klinik fənlər kafedrasının müəllimi Abbas Əliyev “HİV virusu-kliniki əlamətləri və yayılma yolları”ndan bəhs edib. Dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra 1988-ci ildə təsis edilib. Bundan sonra Dünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Nəzərə çatdırılıb ki, HİV-yə yoluxmuş insanların 50 faizdən çox hissəsində həyat boyu yaddaş zəifliyi və depressiya kimi simptomların yaranma səbəbləri müəyyən edilib. Tibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev “QİÇS-in dünyada yayılma vəziyyəti, profilaktikası və müalicəsi” mövzusunda çıxış edərək bildirilib ki, insanlar QİÇS-ə səbəb olan HİV virusuna yoluxan kimi virus qan damarları vasitəsilə beyinə gedir. Bu isə öz növbəsində neyronların davamlı şəkildə məhv olmasına və nəticədə beyinin öz funksiyasını itirərək yaddaş zəifliyi sindromunun yaranmasına yol açır. . Müəyyən müalicə üsulları ilə xəstəliyə səbəb olan virusu dayandırmaq mümkün olur, amma orqanizmdən tamamilə çıxarmaq qeyri-mümkündür. Tədbir diskussiya şəklində davam edib. Burada tələbələri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.