18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. 1983-cü ildən YUNESKO-nun təşəbbüsü ilə keçirilən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da hər il qeyd olunur. Bu münasibətlə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Tarix və Mədəniyyət Abidələri Xalqımızın milli sərvətidir” mövzusunda dəyirmi masa keçirilib.Tədbiri Naxçıvan Dövlət Universitetinin rektoru,AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq çıxışını Azərbaycan xalqının ümummili lider Heyder Əliyevin kəlamı ilə başlamışdır: . “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”.Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Azərbaycanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin ensiklopediyasıdır. Naxçıvan ərazisində mövcud olan tarixi abidələrdən – Qazma ma¬ğarası, Kilit mağarası, Oğlanqala, I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Quyulu dağ, Möminə xatın, Qarabağlar, Yusif Küseyir¬oğlu və Gülüstan türbələri, Əlincə qalası, Qədim qala, tarixi təbiət abidələrindən Əshabi-Kəhf, Haça¬dağ, Duzdağ, Babək qalası, Dəvəboynu və başqa yüzlərlə abidə keçmişimizi bu günə daşıyan, maddi və milli sərvətlərimizdir. Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Ona görə də tariximizin əks-sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilməlidir.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.