Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə -şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsi müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıyır. Zəruri ədəbiyyatın siyahısı azərbaycançılıq dünyagörüşünün inkişaf etdirilməsi üçün də istiqamətverici imkanlara malikdir. Siyahıdakı dünya ədəbiyyatının qiymətli əsərləri gənc yaşlarından dünyagörüşün zənginləşdirilməsi üçün düşünülmüş əhəmiyyətli addımdır: “Oxunması zəruri olan kitabların siyahısı” orta məktəb proqramında öyrənilməsi nəzərdə tutulmuş bədii əsərlərə qiymətli əlavədir. Yaxud da bu, tədris proqramlarında yer ala bilməyən ən zəruri kitablara diqqətin cəlb olunmasıdır. “Oxunması zəruri olan kitabların siyahısı” müasir dövrdə kitaba yenidən, həm də məqsədyönlü şəkildə qayıdışa çağırışdır. Bu çağırışın həyata keçirilməsi işığında ölkənin hərtərəfli inkişafa malik olan, vətəninə, xalqına və dövlətinə sadiq əsl vətəndaşların böyük gələcəyini görmək mümkündür”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq olunub və siyahıya 30 kitab daxil edilib. Siyahıya aşağıdakı 30 kitab daxil edilib: 1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti 2. “Kitabi-Dədə Qorqud” dastanı 3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı) 4. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema 5. “Nizaminin hikmət və nəsihətləri” 6. Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri” 7. Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri” 8. Hüseyn Cavid. “Azər”. Poema 9. Cəlil Məmmədquluzadə. “Hekayələr” 10. Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman 11. Qurban Səid. “Əli və Nino”. Roman 12. Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”.Poema 13. “Təmsillər” (uşaq ədəbiyyatı) 14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu 15. Faruk Sumer. “Oğuzlar” 16. Rəşidəddin Fəzlullah. “Oğuznamə” 17. Yusif Balasaqunlu. “Qutatqu bilik” 18. Teodor Drayzer. “Dahi”. Roman 19. Cek London. “Həyat eşqi”. Hekayə 20. Ernest Heminquey. “Qoca və dəniz”. Povest 21. Nikolo Makiavelli. “Hökmdar” 22. Gi de Mopassan. “Gombul” 23. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə” 24. Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman 25. Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri 26. “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları) 27. Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər) 28. “İslamda müdrik kəlamlar” 29. Sədi Şirazi. “Gülüstan” 30. Eynəli bəy Sultanov. “Məqalələr” Buna uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında kitab guşələri yaradılmışdır.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.