Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. NDU-nun Elmi Kitabxanasında 20 yanvar faciəsinə həsr olunmuş “20 Yanvar” adlı sərgi təşkil olunmuşdur. 1990 – cı ilin yanvar ayında Azərbaycanın bir çox rayonlarında törədilən qırğından 25 il ötür. 20 yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası haqqında ötən 25 ildə bir sıra tədqiqatlar aparılmış, məqalələr və kitablar yazılmış, həmçinin sərgilər təşkil olunmuşdur. Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında bu mövzuda sərgi təşkil olunub. Sərgidə Anarın “Şəhidlər dağı”, İ.Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, Vaqif Məmmədovun “Qeyrət qalası”, “Sədərəkdə yazılan gündəlik”, İsmayıl Vəliyevin “Qara gündəlik”, Əşrəf İbrahimovun “Şahid şəhidlər haqqında”, Ə.Muxtaroğlu, S.Rzazadə “Şahbuzlu şəhidlər”, Abdulla Qurbaninin “Şəhidlər danışır”, H.Həsənoğlunun “Dünyanın mənfur milləti: erməni” adlı kitabları və s. toplanmışdır. Sərgidə 60-a yaxın kitab, jurnal, fotolar nümayiş etdirilir. Sərginin nümayişi yanvar ayının sonuna qədər davam edəcək.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.