Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Tofiq Bakıxanov NDU Elmi Kitabxanasında

Azərbaycanın qüdrətli bəstəkarı, xalq artisti Tofiq Bakıxanov NDU Elmi Kitabxanasında olmuşdur. Ulu öndər, dahi şəxsiyyət, Heydər Əliyevin zəmanəmizin qüdrətli bəstəkarı, xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanov haqqında dediyi bu sözlər həqiqəti tam dolğunluğu və aydınlığı ilə əks etdirir: “Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək, Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermişdir.” Bugünün özündə də Tofiq Bakıxanov xalq musiqisindən qidalanaraq daima yeni üsullar axtarır. O, hər gün, hər an yaradıcılıqla məşğuldur, narahat və fəal insandır. Bizim gənclərimizə nümunədir. Tanınmış bəstəkar Tofiq Bakıxanov Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında tələbələrlə görüşmüş və gələcəyin qurucusu olan tələbələrə dəyərli tövsiyyələr vermişdir. Bəstəkar kitabxanaya xeyli kitablar hədiyyə etmişdir ki, bu kitablar oxucular üçün çox dəyərli töhfədir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)