Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

ERMƏNİ TERRORİZMİ FAKTLARIN DİLİ İLƏ

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun “Erməni terrorizmi və ikili standartlar siyasəti” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq universitetin elmi kitabxanasının yeni elmi, siyasi və bədii nəşrlərin, dərslik və monoqrafiyaların təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdi, yeni nəşrin əhəmiyyətindən danışdı. Vurğulandı ki, təqdim olunan monoqrafiya tələbə və magistrlərın, elmi tədqiqatçıların, geniş oxucu kütləsinin erməni terrorizminin mənfur simasına bir daha yaxından bələd olmasında, ona qarşı yekdil mübarizə aparmasında mühüm rol oynayacaq. YAP Naxçıvan Şəhər Təşkialtının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı, universitetin Hüquq fənləri kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli məruzəsində qeyd etdi ki, kitabda beynəlxalq terror şəbəkəsinin əsasını təşkil edən erməni terrorizminin tarixi və əsas mahiyyəti, törətdiyi faciələrdən bəhs olunur. Əsərdə Azərbaycan və türk-müsəlman dünyasına qarşı çevrilən erməni terrorizminin bütün bəşəriyyət üçün əsl təhlükə olması, beynəlxalq səviyyədə çox zaman ona ikili standartlarla yanaşılması, havadarlıq edilməsi, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları, “Böyük Ermənistan” xülyaları barədə tutarlı dəlillər və elmi-siyasi şərhlər verilmişdir. Təqdimat mərasimində Beynəlxalq münasibətlər kafedrasının müəllimləri, tarix üzrə fəlsəfə doktorları, dosentlər Emin Şıxəliyev və Elbrus İsayev, Hüquq fənləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədov, Beynəlxalq münasibətlər nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistr Cəbi Quliyev çıxış edərək kitabın elmi məziyyətlərindən, milli və bəşəri, habelə siyasi dəyərindən danışdılar. Qeyd olundu ki, monoqrafiyada erməni terrorunun başlıca siyasi hədəfləri, maliyyə qaynaqları və digər terrorçu təşkilatlarla qarşılıqlı əlaqələri, erməni terrorunun sosial-siyasi güc mənbələri, erməni siyasi elitasının, diasporunun və din xadimlərinin erməni terroruna havadarlıqları, erməni terrorizminin Rusiyanın hərbi-siyasi elitası ilə bağlılığı, erməni terror təşkilatlarının fəaliyyətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, Qərb dövlətlərinin və beynəlxalq qurumların, Rusiyanın erməni terroruna münasibətdə ikili standartlar siyasəti yürütməsi və bu siyasətin Azərbaycan üçün mövcud nəticələri ilə bağlı araşdırmalar öz əksini tapmışdır.. Sonda müəllif kitabın araya-ərsəyə gəlməsindən, mövzu ilə bğlı əldə etdiyi yeni elmi faktlardan söz açdı, tədbirin təşkilində əməyi olan universitet rəhbərliyinə və kitabxana kollektivinə minnətdarlığını bildirdi. Təqdimat mərasimində tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun elmi-pedqaoji fəaliyyətini əks etdirən slaydlar nümayiş olundu.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)