Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Milli müdrikliyin Heydər Əliyev zirvəsi” adlı sərgi

NDU-nun Elektron Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə “Milli müdrikliyin Heydər Əliyev zirvəsi” adlı sərgi təşkil edilmişdir. Azərbaycan xalqının dahi oğlu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev öz imzasını vətənimizin və millətimizin tarixinə qızıl hərflərlə yazmış, fenomenal istedada malik nadir tarixi şəxsiyyətdir. Çox zəngin, keçməkeşli və ibrətamiz bir həyat yolu keçmiş, özünün fitri qabiliyyəti, möhkəm xarakteri və gərgin zəhməti sayəsində siyasi olimpin ən yüksək zirvəsini fəth etmiş bu görkəmli dövlət adamı 91 illik ömrü ərzində xalqının xoş gələcəyi naminə ölçüyə gəlməz işlər görmüşdür. Bu sərgidə Heydər Əliyevin qayıdışı və faliyyətini əks etdirən “Azərbaycanın Qurtuluş tarixi”, “Böyük siyasətin təntənəsi”, “Qayıdış-1990-1993”, “Zamanı qabaqlayan dahi”, Məmməd Əlizadə “Milli müdrikliyin Heydər Əliyev zirvəsi”, “Azərbaycanın bugünü və gələcəyi”, V.Ə.Budaqov “Heydər Əliyev Fenomeni”, “Dövlət müstəqilliyimizdə Heydər Əliyev amili”, “Azərbaycanın bugünü və gələcəyi”, S.Qəndilov “Müstəqillik illərinin düşüncələri”, “Heydər Əliyev ideallığı ”, “Heydər Əliyev-90”, Ramiz Mehdiyev “Heydər Əliyev və müasir Azərbaycan”, “Xalqa bağışlanan ömür”, Mirkazım Seyidov “ Dahi”, Rəşad Bəydəmirli “Heydər Əliyev Türk dünyasının günəşidir”, Qoşqar Əliyev “Heydər Əliyev və milli mentalitet fəlsəfəsi” və s. kitablar nümayiş etdirilir. Sərgi ayın sonuna qədər davam edəcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)