NDU-nun tibb kitabxanasında görkəmli alim, elm təşkilatçısı və ictimai xadim, tibb elmləri doktoru, professor, Əməkdar Elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasımn həqiqi üzvü, akademik M.İ.Averbax adına mükafatın laureatı Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 91 illiyi münasibətilə sərgi təşkil olunmuşdur. Akademik Z.Əliyevanın həkimlik və elmi fəaliyyəti Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə və AMEA Fiziologiya institutlarında, 1982-ci ildən etibarən Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasında oftalmologiya elminin müxtəlif nəzəri və praktiki problemlərinə həsr edilmişdir. Akademik Z.Əliyevanın oftalmologiyada ilk dəfə olaraq Azərbaycan peşə patologiyası sahəsində - şin və yol istehsalı, kimya, neft kimyası və elektrotexnika sənayelərində çalışan işçilərdə peşə ilə əlaqədar göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi üzrə apardığı tədqiqatların uğurlu nəticələri 70-ci illərdə Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş görmə orqanlarının peşəpatologiyası laboratoriyasında davam etdirilmişdir. Akademik Z.Əliyevanın elmi nəticələri respublikada və xarici ölkələrdə çap olunmuş 185 elmi əsərdə öz əksini tapmışdır. Sərgidə 60-a yaxın kitab öz əksini tapmışdır. Sərgi ayın sonuna qədər davam edəcək.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.