Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universiteti Kitabxanasının növbəti, 180-ci məşğələsi keçirilib. “Ulu öndər Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna həsr olunmuş məşğələni universitetin rektoru, professor Saleh Məhərrəmov giriş sözü ilə açaraq bildirib ki, muxtar respublikada qazanılan bütün uğurların əsasında Heydər Əliyev yoluna sadiqlik, bu yolda göstərilən böyük əzmkarlıq, möhkəm qətiyyət, dövlət və vətən sevgisi dayanır. Naxçıvan Muxtar Respublikasında son dövrlərdə həyata keçirilən geniş miqyaslı quruculuq tədbirləri bütün istiqamətlərdə əsaslı nailiyyətlərin əldə olunmasını təmin edib. Qeyd olunub ki, Naxçıvanda aparılan abadlıq - quruculuq işləri ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan və ölkə başçısı cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun uğurla davam etdirdiyi inkişaf proqramının əməli nəticələridir. Buna görədirki, qədim tarixə, mühüm siyasi və iqtisadi strateji əhəmiyyətə malik region bugün misli görünməmiş şəkildə tərəqqi etməkdədir. Sonra universitetin İqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadənin məruzəsi dinlənilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən ali hakimiyyətə qayıdışından sonra Naxçıvan iqtisadiyyatı təcrid olunmuş şəkildə deyil, ölkə iqtisadiyyatı ilə üzvi vəhdətdə inkişaf etməyə başladı və iqtisadi islahatların aktiv həyata keçirildiyi regiona çevrildi.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.