Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Abasqulu ağa Bakıxanovun 220 illik yubileyinə aid sərgi

NDU-nun Elmi Kitabxanasında görkəmli dövlət xadimi və diplomat Abasqulu ağa Bakıxanovun 220 illik yubileyinə aid sərgi təşkil olunmuşdur. Abasqulu ağa Bakıxanov istedadlı yazıçı-şair, nasir, tərcüməçi, elmin müxtəlif sahələrinə dair dəyərli əsərlərin müəllifi, zəkalı alim kimi böyük şöhrət qazanmışdır. Yeni dövr Azərbaycan ədəbiyyatında ilk hekayənin, satiranın və bədii tərcümənin yaranması onun adı ilə bağlıdır. Sərgidə A. Bakıxanovun “ Gülüstani–İrəm”, “Nəsihətlər”, “Bədii əsərləri”, “ Seçilmiş əsərləri”, “ Hind əfsanəsi”, “Təhzibül-əxlaq", “ Əsrarul Mələkut....kainatın sirləri”, Azərbaycan Sovet Ensklopediyası I cild, A.Alməmmədovun “Azərbaycan rus ədəbi əlaqələri”, Ş.Qurbanovun “Ədəbi dostluq”, Mir Cəlalın “Klassiklər və müasirlər” və s. kitabları nümayiş etdirilir. Sərgi ayın sonuna qədər davam etdiriləcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)