Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Turkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında

Türkiyənin Atatürk Universiteti Tibb Fakultəsinin professorları Zekeriyya Aktürk, Hamit Acemoğlu Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında olmuşlar. Qonaqları qarşılayan kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova onlara kitabxana haqqında ətraflı məlumat vermişdir. Professorlar kitabxananın müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılmış Elektron oxu zalında, skaner otağında və digər şöbələrində olmuş, kitabxananın elektron kataloqu ilə tanış olmuş, sorğulara operativ cavab almaq və virtual sifariş vermək üçün nəzərdə tutulmuş elektron informasiya köşkü ilə, elektron kataloq sisteminin, kitabların tammətnli elektron versiyasının hazırlanması prosesi ilə maraqlanmış, İnternet mərkəzində yaradılan şəraitlə tanış olmuşlar və qonaqlar bu kitabxananın avropa standartlarına uyğun yeni tipli kitabxana olduğunu xüsusi vurğulamışlar.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)