Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Yurdumuza Novruz gəlir” adlı sərgi

İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tarixən müxtəlif dövrlərdə təyziqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatmışdır. “Bu milli bayramın indi belə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. Ümummilli lider Heydər Əliyevin Novruz bayramı haqqında söylədiyi bu dəyərli fikirdə Novruzun bütün türkdilli xalqların bayramı olduğu vurğulanır. Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir. Azərbaycan incəsənətinin elə bir istiqaməti yoxdur ki, Novruz bayramı ənənələri zəncirində özünə yer almasın. Təsadüfi deyil ki, xalqımızın bir çox nağılları, nəğmələri, meydan tamaşaları, maraqlı ağız ədəbiyyatı nümunələri, şeirlər, nəsr nümunələri novruz adət-ənənələrində yer almışdır. Sərgidə Hacı Qadir Qədirzadənin “Milli -mənəvi dəyərlərimiz”, Əbülfəz Quliyevin “Şənlik mərasim nəğmələri”, Abdulla Şaiqin “Bahar”, Firəngiz Xəlilovanın “Adət və ənənələr”, Kamal Həsənovun “Qədim Azərbaycan xalq rəqsləri”, Ağalar Mirzə, İntiqam Mehdiyevin “Novruz töhfəsi”, “Atalar sözü”, “Tapmacalar” , Əfəndi R. “Azərbaycan incəsənəti”, “Naxçıvan milli geyimləri”, “Novruz bayramı ensiklopediyası”, “Naxçıvan folkloru” və s. kitablar nümayiş edilir. Sərgi ayın sonuna qədər davam edəcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)