NDU - nun Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş "Naxçıvan - yurdum mənim" adlı konfrans keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova açaraq bildirdi ki, Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Kitabxananın direktor müavini Fariz Əhmədov “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı” adlı məruzə ilə çıxış etdi. Sonra “Biblioqrafiya şöbəsi”nin müdiri Nəzakət İbrahimova, “Kitabxanaçılıq və informasiya” fakultəsinin kafedra müdiri Nəzakət İsmayılova, “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə IV kurs tələbəsi Fəridə Mirzəyeva və başqaları çıxış etdilər. Tədbirin sonunda “ Naxçıvan - Muxtar Respublikası - 90” adlı sərgiyə baxış keçirildi.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.