Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Asim Yadigar-60” adlı sərgi

NDU-nun Elmi Kitabxanasında şair, NMR Ali Məclisinin deputatı Asim Yadigarın 60 illik yubileyinə həsr olunmuş “Asim Yadigar-60” adlı sərgi təşkil olunmuşdur. Bu gün Azərbaycan oxucusuna yaxşı tanış olan Asim Yadigarın imzası otuz ildən də çox bir yaradıcılıq yolu keçib. Bu illər ərzində araya-ərsəyə gələn səkkiz şeir kitabında şairin onlarla lirik-epik poeması, mənzum pyesləri, şeirləri toplanıb. Bu bədii nümunələrdəki hər bir misrada ötüb keçən anlar əbədiləşib, bir şair ömrünün titrək, həzin, kövrək duyğuları obrazlara bürünərək qərarlaşıb, bəlkə də kimlərinsə əhəmiyyət vermədiyi yarpaq pıçıltısı, günəş həniri, torpaq sevgisi yeni rəng və çalarlarda oxucuya təqdim olunub. Sərgidə Asim Yadigarın “Hər şeyin sonu var” şeir kitabı, “Dünyanın bəzəyi”, “Zirvə yolu”, “Oğul dağı”, “Unut bu sevdanı”, “Midiyanın süqutu” və s. kitabları nümayiş etdirilir. Sərgi ayın sonuna qədər davam edəcək.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)