Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“M.Ə.Rəsulzadə - 130” adlı sərgi

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar “M.Ə.Rəsulzadə -130” adlı sərgi təşkil olunmuşdur. M.Ə.Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Sərgidə M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Azərbarcan şairi Nizami”, “Azərbaycan Xalq Cümhuriyyəti” ensklopediyası və s. kitabları nümayiş etdirilir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)