Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

KOİCA nümayəndələri ilə kitabxanada görüş

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk və onun rəhbərlik etdiyi işçi qrupu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tətbiqi ilə əlaqədar Naxçıvan Dövlət Universitetində olmuşlar. Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov və xanım Kim Eun-suk layihənin icrası ilə bağlı inzibati, təşkilati məsələləri müzakirə etmişlər. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin xüsusi dəstəyi və tövsiyəsi ilə elektron universitet yaradılması, distant təhsilin tətbiqi ilə bağlı görülən işlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, layihədə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. ibarət elektron təhsil şəbəkəsi yaradılması, müasir texnologiyaların alınıb quraşırılması, rəqəmsal multimedia infrastrukturunun təkmiləşdirilməsi nəzərdə tutulur. 2015-ci ildə tamamlanacaq layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3500 000 ABŞ dolları həcmində vəsait ayrılmışdır. Səfər çərçivəsində Universitetin Elmi Kitabxanasında olmuşlar. Kitabxanada görülən işlərlə tanış olub, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur. Yekun tədbirdə layihədə ediləcək yeniliklər, təkliflər birgə müzakirə olunmuşdur. Naxçıvan Dövlət Universiteti tərəfindən layihənin ümumi rəhbəri, rektor, professor Saleh Məhərrəmov, KOİCA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi, xanım Kim Eun-suk layihənin həyata keçirilməsi ilə bağlı növbəti mərhələlərdə qarşıda duran vəzifələr, görüləcək işlər haqqında məlumat vermiş, hər iki tərəfin işçi heyətinin fəaliyyətləri yüksək qiymətləndirilmişdir. Sonda Naxçıvan Dövlət Universiteti ilə layihəni reallaşdıracaq icraçı şirkət arasında müqavilə imzalanmışdır.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)