Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Dünya Azərbaycanlılarının Həmrəylik Günü

NDU-nun Elektron Kitabxanasında “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibətilə tədbir keçirilmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü çoxmilyonlu Azərbaycan diasporunun əziz bayramlarından biri olaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik rəmzidir.Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənə gündən- günə daha geniş vüsət alır və Azərbaycançılıq siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynayır. Bu tarixi və əlamətdar günlə bağlı kitabxanada tədbir keçirilmiş və kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, onun əhəmiyyətindən danışdı. Sonra “Azərbaycan tarixi” kafedrasının dosenti Xəzər Hüseynov, “Kataloqlaşdırma” şöbəsinin müdiri Nəzakət Allahverdiyeva, “Kitabxanaçılıq və informasiya” ixtisasının ıv kurs tələbəsi Məlahət Qasımova və b. çıxış etdilər. Tədbirdə 70 nəfər iştirak etmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)