Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Elektron kitabxanadan istifadə qaydaları adlı treninq

NDU-nun Elmi kitabxanasında “Elektron kitabxanadan istifadə qaydaları” mövzusunda treninq keçirilmişdir. Kitabxananın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Aypara Behbudova ilk elektron kitabxanalar haqqında oxuculara məlumat verərək bildirmişdir ki, bu bəşəri kəşfin tarixi 1971-ci ildə ABŞ-ın Benidikt Universitetində Elektron Hesablama Mərkəzinin professoru Maykl Hartın hazırladığı "Qutenberq layihəsi" əsasında ilk Elektron kitabxananın fəaliyyət göstərdiyi dövrdən başlayır. İlk dəfə olaraq 1992-1994-cü illərdə ABŞ-da və Avropada, daha sonra isə Rusiyada elmi əsaslar üzərində Elektron kitabxanaların yaradılması işinə başlanılmışdı. Azərbaycanda isə ilk Elektron kitabxana keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri laboratoriyasında yaradılmışdır. Məruzəçi sonra NMR-də fəaliyyət göstərən elektron kitabxanalar haqqında məlumat verərək, rəhbərlik etdiyi NDU Elmi Kitabxanasında qısa müddət ərzində görülən işlərdən danışaraq bildirmişdir ki, kitabxananın fondunda olan 9 min sayda kitabın elektron kataloqu, 400 kitabın, “Şərq qapısı”, “Yeni fikir”, “Elmi əsərlər”, “Naxçıvan” jurnalının elektron versiyaları hazırlanaraq oxucuların istifadəsinə verilmişdir. Sonda “Kitabxana proseslərinin avtomatlaşdırılması” şöbəsinin müdiri Nuridə Bayramova tələbələrə elektron kitabxanadan istifadə qaydalarını öyrətmiş və oxucuları maraqlandıran sualları cavblandırmışdır.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)