Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin 175-ci məşğələsi keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş, “Heydər Əliyev idealları və müasir Azərbaycan” mövzusunda məşğələdə əvvəlcə ümummilli liderin xatirəsi dərin ehtiramla yad olunmuşdur. Universitetin rektoru, professor Saleh Məhərrəmov məşğələdə giriş sözü ilə çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi dinamik inkişafında, Azərbaycanın dünyada tanınmasındakı misilsiz xidmətlərindən bəhs etmışdir. Qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinın Prezident İlham Əliyev tərəfindən uğurlu davamı sayəsində bu gün Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevrilmiş, dünya siyasət arenasında layiqli mövqeyə sahiblənmişdir. Rektor, çıxışının sonunda Heydər Əliyev şəxsiyyəti və siyasətinin, həmişəyaşar mənəvi irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs etmişdir. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev mövzu ilə bağlı ətraflı məruzə edərək bidirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkədə siyası anarxiya və xaosun baş alıb getdiyi, xarici və daxili seperatçıların təhriki ilə vətəndaş müharibəsi və milli parçalanmanın qaçılmaz olduğu bir şəraitdə yenidən hakimiyyətə gələrək xilaskarlıq və liderlik missiyasını şərəflə öz üzərinə götürmüş, xalq və hakimiyyət yekdilliyini simvolizə edən, müstəqil, azad və demokratik ölkənin mənafelərini müdafiə edən, Azərbaycançılıq ideologiyasını qürurla təbliğ edən qətiyyətli siyasəti ilə əbədilik qazanmışdır.Tədbirdə 60-a yaxın müəllim və tələbə iştirak etmişdir.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.