Almaniyanın Höte İnstitutunun alman dili üzrə metodisti Stefan Şats Naxçıvan Dövlət Universitetində olub. Rəsmi qəbuldan sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovla birlikdə kitabxanaya gəlmiş və kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova qonağı müasir tələblərə cavab verən elektron kitabxana ilə tanış etmişdir. Stefan Şats qeyd edib ki, metodisti olduğu Almaniyanın Höte İnstitutu dünyada alman mədəniyyətini və dilini təbliğ edir. O, həm də bildirib ki, burada alman dilinin tədrisi ilə bağlı yeni metodologiyanı təbliğ etmək niyyətindədir. Stefan Şats Universitetin Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin alman dili üzrə təhsil alan tələbələri ilə kitabxanada görüşmüş, tələbələri maraqlandıran sualları cavablandırmış və kitabxanaya alman dilində kitablar bağışlamışdır.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.