Tədbiri giriş sözü ilə açan Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Ənvər İbrahimov kitabı şanlı tariximiz olan İkinci Qarabağ müharibəsindən bəhs edən dəyərli mənbə kimi qiymətləndirib.
Daha sonra “Beynəlxalq münasibətlər və hüquq” fakültəsinin dekan əvəzi, fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhmədov, “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov, kafedranın dosenti, tarix elmlər doktoru Emin Şıxəliyev, kafedranın müəllimi, siyasi elmlər üzrə dissertant Nazlı Yaqubova kitab haqqında fikirlərini bildiriblər.
Qeyd olunub ki, “Ermənistan – Azərbaycan münaqişəsi” və “Yeni tarixin 44 günlük qəhrəmanlıq səhifəsi” adlı iki fəsildən ibarət olan kitab Azərbaycanın tarixi şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsinə həsr olunub.
Kitabda Şanlı Zəfər tarixi yalnız xronoloji baxımdan izlənilmir, eyni zamanda qələbənin yaratmış olduğu beynəlxalq əks-səda oxuculara çatdırılır.
Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.