Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova görkəmli akademik, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana Zərifə xanımın nəsillərə örnək həyatı, elmi fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Tibb fakültəsinin dekan əvəzi Şəfiqə Süleymanova, “Kliniki fənlər və hərbi tibb” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva, tibb üzrə fəlsəfə doktoru Cəbi İsmayılov, tibb üzrə fəlsəfə doktoru Etibar Bababəyli çıxış edərək Zərifə xanımın yüksək mənəvi keyfiyyətləri, eyni zamanda elmi, tibbi və pedaqoji fəaliyyəti haqqında bəhs ediblər. Qeyd olunub ki, alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradaraq bu sahədə dünya oftalmologiya elminə öz dəyərli töhfələrini verib.
Tədbirin sonunda görkəmli alim, qayğıkeş ana Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgiyə baxış olub.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.