Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasında “23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, dosent Xumar Məmmədova “23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün 1995-ci ildə UNESCO tərəfindən təsdiq edildiyini bildirib. Qeyd olunub ki, bu günün təsis edilməsində əsas məqsəd mütaliəni, nəşriyyat işini və müəlliflik hüquqlarını təşviq etməkdir.

Daha sonra “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılova Azərbaycanda kitab mədəniyyəti tarixinə nəzər salmış, 23 aprel tarixinin qeyd olunmasında məqsədin kitabların gələcək nəsillər və mədəniyyətlər arasında körpü olduğunun əhəmiyyətini insanların diqqətinə çatdırmaq olduğunu vurğulayıb.

NDU-nun hüquqşünası Elşən Rəcəbov isə çıxışında müəlliflik hüququ anlayışına aydınlıq gətirib, müəlliflər və hüquq sahiblərinin əsərlərinin qeydiyyata alınması, müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi məsələləri haqqında fikirlərini bildirib.

Daha sonra çıxış edən kitabxananın direktor müavini Aysu Rəsulzadə və baş kitabxanaçı Çinarə İsmayılova kitabın əsas bilik mənbəyi olmağı, mütaliənin əhəmiyyəti və NDU Elmi Kitabxanasında bilik əldə etmək yaradılan geniş imkanlardan bəhs ediblər.

Tədbir daha sonra mövzu ilə bağlı müzakirələrlə davam edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)