Görüşün əsas məqsədi gəncləri xalqımızın milli-mənəvi dəyərləri əsasında tərbiyələndirmək, Azərbaycançılıq məfkurəsini, Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini yaşatmaqdan ibarətdir.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, dosent Xumar Məmmədova Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm və sağlam, xüsusilə milli və dövlətçilik dəyərlərinə bağlı təməllər üzərində bərqərar olan dövlət gənclər siyasətindən bəhs edib. Qeyd olunub ki, bu siyasətin nəticəsidir ki, dövlətə və xalqa xidmət amallarının önündə məhz gənclik dayanır. Bu gün ölkə başçısı, Cənab Prezident İlham Əliyev tərəfindən də gənclər siyasəti ardıcıl və sistemli şəkildə uğurla davam etdirilir.
Sevindirici haldır ki, müasir gənclik vətənpərvərlik hissləri ilə yaşayıb-yaradır, azərbaycançılıq məfkurəsinə sadiq qalır, milli-mənəvi dəyərlərin qorunması istiqamətində dövlət siyasətini dəstəkləyir. Bunun bariz nümunəsidir ki, Azərbaycan gəncliyi öz adını Şanlı Zəfər tariximizə qızıl hərflərlə yazdı. Biz bir daha Azərbaycan gəncinin əzmkarlığının, vətənpərvərliyinin, qəhrəmanlığının şahidi olduq.
Tədbir daha sonra iştirakçıların mövzu ilə bağlı müzakirəsi formasında davam edib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.