Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasının əməkdaşları və könüllüləri şəhid Abbasəli Nəzərəliyevin evini ziyarət ediblər. Şəhidin həyat yoldaşı Mədinə xanım Abbasəli Nəzərəliyev haqqında xatirələrindən bəhs edib.

Qeyd olunub ki, 1990-cı ildə Sədərək rayonu erməni silahlı birləşmələrinin hücumuna məruz qalanda Naxçıvanın qeyrətli oğulları sırasında Abbasəli Nəzərəliyev də torpaqlarımızın müdafiəsinə qalxıb və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Daha sonra çıxış edən NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova qeyd edib ki, Abbasəli Nəzərəliyev Vətəninin bütövlüyü uğrunda döyüşən, öz şücaəti ilə fərqlənən igid qəhrəmanlarımızdan biridir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi xalqımız tərəfindən hər zaman uca tutulur. Sonda iştirakçılar şəhid Abbasəli Nəzərəliyevin ev-muzeyində onun şəxsi və xatirəsini özündə yaşadan digər əşyalarla yaxından tanış olublar.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)