Tədbiri giriş sözü ilə açan NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov universitet əməkdaşlarının müəllifi olduğu tədris-metodik vəsaitləri sırasında bədən tərbiyəsi və idman haqqında yazılan kitabların sayında artım olmasını yüksək qiymətləndirib. Prorektor çıxışında son dövrlər Naxçıvan Dövlət Universitetinin idman sahəsində qazandığı uğurlardan da bəhs edib.
Daha sonra çıxış edən Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, “Məşqçilik” kafedrasının baş müəllimi Nazim Əliyev təqdimatı keçirilən dərs vəsaitlərinin elmi dəyərindən bəhs edib. Qeyd olunub ki, 5 fəsildən ibarət olan “XX əsrdə və XXI əsrin əvvəllərində Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişaf tarixi” dərs vəsaiti Azərbaycan Respublikası Prezidentinin bədən tərbiyəsi və idmanla bağlı fərman və sərəncamları ilə başlayır.
“Azərbaycanda şahmat kompozisiyaları, etüdlər və məsələlər” adlı dərs vəsaiti isə “Şahmat oyununu necə öyrənməli və oyunda necə təkmilləşməli”, “Şahmat kompozisiyaları, etüdlər, məsələlər, qambitlər”, “Şahmat üzrə üçüncü dünya çempionatından etüdlər” adlı 3 fəsildən ibarətdir.
Sonda çıxış edən müəlliflər dərs vəsaitlərinin tədrisin məzmununun və keyfiyyətinin yüksəldilməsində səmərəli olacağına inamlarını ifadə edərək tədbirin təşkilatçılarına göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.