Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasının əsas fəaliyyət istiqamətlərindən biri də gənclər arasında mütaliə vərdişlərini formalaşdırmaq, onları daha çox kitab oxumağa ruhlandırmaqdan ibarətdir.

Bu istiqamətdə görülən tədbirlər sırasında dəyirmi masaların təşkil edilməsi mühüm əhəmiyyətə malikdir.

“Şəxsi inkişafda mütaliənin rolu” adlandırılan növbəti dəyirmi masada da məhz mütaliənin gənclərin tədrisdəki müvəffəqiyyətlərini gücləndirən başlıca amillərdən olduğu vurğulanıb. Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru, dosent Xumar Məmmədova gənclərin mütaliəyə sövq edilməsini günün vacib məsələsi kimi qarşıda dayandığını qeyd edərək, mütaliənin şəxsi inkişafda oynadığı önəmli rolu bir daha xatırladıb.

Daha sonra çıxış edən kitabxananın direktor müavini Aysu Rəsulzadə NDU Elmi Kitabxanasında mütaliə üçün geniş imkanların yaradılması haqqında bəhs edərək, gənclərdə oxu vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər haqqında danışıb. Tədbir iştirakçıların mövzu ətrafında müzakirəsi formasında davam etdirilib, fikir mübadiləsi aparılıb.

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)