Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova keçirilən görüşü yüksək qiymətləndirərək gələcək əməkdaşlıq perspektivlərindən bəhs edib. Elmi Kitabxananın direktoru, dosent Xumar Məmmədova təqdimatla çıxış edərək kitabxanada formalaşan elektronlaşma mühiti, beynəlxalq elektron bazalardan istifadə imkanları, fondlar, ölkədaxili və beynəlxalq əməkdaşlıqlar haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Prezident Kitabxanasının əməkdaşları kitabxananın fondları, şöbələri, elektronlaşma prosesi haqqında ətraflı çıxış ediblər. Tədbir qarşılıqlı müzakirə şəklində davam edib. Əməkdaşlıq çərçivəsində həm ənənəvi, həm də elektron kitabların mübadiləsi, eyni zamanda yaxın zamanlarda birgə tədbirlərin reallaşdırılması qərara alınıb.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.