Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanası və Tarix-filologiya fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə “Sözün sultanı – Xaqani Şirvani” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, dosent Nurlana Əliyeva Xaqani Şirvaninin tərcümeyi-halı və yaradıcılığı haqqında bəhs edib. Daha sonra çıxış edən Elmi Kitabxananın direktoru, dosent Xumar Məmmədova bu qəbildən olan dəyirmi masaların təşkilini klassik irsə göstərilən dərin hörmət və ehtiram kimi qiymətləndirib.

Tədbirdə iştirak edən kitabxana və kafedra əməkdaşları, eyni zamanda tələbələr görkəmli şairin yaradıcılığından bəhs edib, ədəbi irsindən nümunələr səsləndiriblər.

Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)