Tədbirdən öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru, dosent Xumar Məmmədova 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım haqqında məlumat verib. Qeyd olundu ki, bu qanlı faciədə minlərlə azərbaycanlı kütləvi şəkildə qırıldı və ya əsir götürüldü, şəhər isə yerlə-yeksan edildi.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülmüş işlərdən bəhs edərək tələbələrin suallarını cavablandırıb. Daha sonra Xarici dillər fakültəsinin dekanı, dosent İlhamə Məmmədova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova və Xarici dillər fakültəsinin müəllim və tələbələri, eyni zamanda əcnəbi tələbələr çıxış edərək Xocalı soyqırımını Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olduğundan bəhs ediblər.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş kitablardan ibarət sərgiyə baxış olub.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.