Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasının bir qrup əməkdaş və könüllüsü 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar olaraq “Naxçıvan Qaziləri” İctimai Birliyinə kitablar hədiyyə edib.

Tədbirdə Elmi Kitabxananın direktoru, dosent Xumar Məmmədova çıxış edərək universitetlə birlik arasında yaradılan qarşılıqlı əməkdaşlıqdan bəhs edərək hədiyyə olunan kitablarla bağlı məlumatları bölüşüb.

Daha sonra “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Ali Məclisin deputatı Təbriz Zeynalov və digər qazilər çıxış edərək birliyin fəaliyyətinin əsas istiqamətləri haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti ilə mütəmadi olaraq ortaq tədbirlər həyata keçirilir. Çıxışçılar NDU Elmi Kitabxanasının ənənə halını almış kitab bağışlama təşəbbüsünü yüksək qiymətləndirib.

Sonra iştirakçılar “Naxçıvan Qaziləri” İctimai Birliyinin “Şəhidlər muzeyi” guşəsi və kitabxanası ilə tanış olublar.

Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)