Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanası ilə Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanası arasında onlayn şəkildə əməkdaşlıq görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova kitabxananın strukturu, müasir imkanları, abunə olduğu beynəlxalq elektron bazaları haqqında məlumat verib. Qeyd olunub ki, müxtəlif elm sahələrini əhatə edən zəngin kitabxana fondunda universitetin tibb təhsili üçün zəruri ədəbiyyatlar da yer almaqdadır.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva rəhbərlik etdiyi kitabxananın hazırkı vəziyyəti haqqında bəhs edib. Qeyd olunub ki, bu kitabxana Azərbaycan Respublikasında tibb kitabxanaları şəbəkələrinə təşkilati-metodik rəhbərliyi və onların əlaqəli fəaliyyətini həyata keçirmək, elmi-tədqiqat institutlarının, ali və orta tibbi təhsil müəssisələrinin elmi tibbi informasiya şöbələrinin fəaliyyətinə metodiki və koordinasiyası üzrə rəhbərliyi həyata keçirir.

Sonda iştirakçıların qarşılıqlı sualları cavablandırılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)